Rusiyada yəhudi mərkəzinin binası yandırıldı - FOTO

29-10-2023, 21:20           
Rusiyada yəhudi mərkəzinin binası yandırıldı - FOTO
Kabardin-Balkar Respublikasında tikilməkdə olan yəhudi mədəniyyət mərkəzinin binası yandırılıb,

KONKRET.az xəbər verir ki, bu barədə “Mash” teleqram-kanal məlumat yayıb

Nalçikdə ən böyük yəhudi icma mərkəzinin tikintisinə ötən il başlanılmışdı. Bir neçə gün əvvəl Respublikanın rəhbəri Kazbek Kokova mərkəzin tikintisini dayandırmaq barədə petisiya göndərilib. Müəlliflər respublikada yəhudi əhalisinin ümumi əhalinin 1%-dən az olmasına istinad edərək bilidirib ki, onların öz sinaqoqları var.

Müraciət müəlliflərinin fikrincə, mərkəzin tikintisindən Qafqazdakı yəhudi diasporu fayda əldə edə bilər və buna görə də digər icmalar arasında qeyri-dost münasibətlər yaranacaq.

“İlk növbədə kabardiyalılar, balkarlar və rusların üç titullu xalqının nümayəndələri nəzərə alınmalıdır”, – deyə petisiya müəllifləri qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru