Yerevanda insanlar küçələrə axışır Yenilənir

18-07-2016, 23:12           
Yerevanda insanlar küçələrə axışır Yenilənir
Hüquq müdafiəçisi Avetik İşxanyan Azadlıq meydanında etirazçıların bəzi tələblərin səsləndirib. O, polisin Erebunidə polis idarəsini tutan silahlı şəxslərə qarşı güc tətbiq etməyəcyinə zəmanət istəyib. Həmçinin Jirar Sefilyanın və bütün saxlanılanların azad edilməsi tələb olunub.

***


Yerevanda müxalifətçilərin həbsləri davam etdirilir. Artıq insanların Azadlıq meydanına axışdığı barədə məlumatlar yayılır. “Ayağa qalx, Ermənistan” təşkilatının üzvləri meydanda Sarkisyanın istefasını tələb ediblər. Həbs edilən müxalifətçilərin sayı 10 nəfəri keçib.

Polis idarəsini zəbt etmiş silahlı qrupun üzvlərindən biri jurnalistlərlə əlaqə saxlayaraq ərzaq probleminin olduğunu deyib. O bir sutkadır ac qaldıqlarını, lakin sona qədər gedəcəklərini bildirib.

***

Yerevanda zəbt edilmiş polis idarəsinin ərazisinə Ermənistan DTX-nin başçısı Georgi Kutoyan və polis rəisi Vova Qasparyan gəliblər.

Bir müddət sonra DTX başçısı hadisə yerini tərk edib. Ərazi mühasirəyə alınıb və oraya jurnalistlər buraxılmır.

Eyni zamanda, qonşu Xorenatsi küçəsində polis üç gənci saxlayıb. Onlar əllərində “Başqa çıxış yoxdur” yazılmış plakat tutublarmış.

Silahlı dəstənin üzvlərindən biri Varujan Avetisyan jurnalistlərin Ermənistan DTX-nin onları terrorçu adlandırması ilə bağlı sualına cavab verib.

“DTX cinayətkar rejimə xidmət edən əsas təşkilatlardan biridir. Təbii ki, DTX üçün biz terrorçuyuq. Ümumilikdə, tiranlığa qarşı çıxan, onun üçün təhlükə törədən və onu devirməyə çalışan hər kəs bu cür adlandırılır. Amma xalq tirana qalib gələndən sonra bizim qarşımıza Çauşesku, Yanukoviç və Qəzzafi çıxır… Bunu DTX və ya “Baqramyan, 26” (prezident aparatı) üçün sərfəli bir şey kimi nəzərdən keçirmək lazım deyil. Bu səthi və səhv yanaşmadır”, – o deyib.

***

Jirayr Səfilyan Ermənistan prezidenti Serj Sərkisyanla görüşməyə hazırdır. Bunu həbsdə olan Jirayr Səfilyanla görüşdən sonra ASALA terror təşkilatının keçmiş üzvü, “Təsis parlamenti”nin üzvü Alik Yeniqomşyan deyib.

Eyni zamanda, “Arabo” dəstəsinin komandiri, general Manvel Yegiazaryan Ermənistan hakimiyyətinə xəbərdarlıq edib ki, ələ keçirilmiş polis binasına hücum edilməsin.

“Hakimiyyət uşaqları hücumla ələ keçirmək istəsə, bu xalqın böyük qəzəbinə səbəb olacaq”, – o deyib.

***

Yerevanda polis bölməsini ələ keçirmiş silahlı dəstənin üzvlərindən biri Varujan Avetisyan bildirib ki, o, həbs olunmuş liderləri Jirayr Səfilyanla əlaqə saxlaya bilib. Bu barədə erməni mənbələri məlumat veriblər.

Onun sözlərinə görə, Səfilyan vəziyyətin normallaşdırılması üçün üçüncü variantı təklif edib və hazırda bu hakimiyyət nümayəndələri ilə müzakirə edilir. Avetisyan onu da əlavə edib ki. onların və girovlarının yeməyə ehtiyacı var.

Qeyd edək ki, silahlı qrupun üzvləri təslim olmayacaqlarını bildiriblər və hücum olacağı təqdirdə sona qədər mübarizə aparacaqlar. Qeyd olunub ki, üsyançılar hakimiyyətin dəyişdirilməsi və Jirayr Səfilyanın azad edilməsi tələblərindən geri çəkilməyiblər. Öz hərəkətlərində onlar ictimai dəstəyə arxalandıqlarını bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.