RUSİYA CƏBHƏDƏ HƏRBÇİLƏR YERLƏŞDİRMƏK İSTƏYİR, İRAN QARŞI ÇIXIR – Prezidentlərin görüşünün detalları

18-07-2016, 23:24           

“Rəsmi Moskva İranla sərhəddə, təmas xəttində Rusiya sülhməramlılarının yerləşdirilməsi məsələsində İranın müsbət cavab verməsi üçün əlindən gələni edir. İran isə buna qarşıdır.”

“Report”un xəbərinə görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti ölkənin Xarici işlər Nazirliyindəki mənbəyə istinadən yazıb.
Mənbə bildirib ki, İran heç vaxt buna razılıq verməyəcək: “Rusiyanın fikrincə, bu məsələdə ATƏT özünün monitorinq qrupu missiyasının genişləndirilməsinə, təmas xəttində NATO-ya yaxın kontingentin yerləşdirilməsinə cəhd göstərəcək. Ona görə də bu oyunda Rusiya ümid edir ki, İran daimi dostu Rusiyanı seçərək düzgün addım atacaq. Ancaq bu məsələdə Rusiya prezidenti Vladimir Putinin İranlı həmkarı Həsən Ruhanini razı salması çətin görünür.”
Qəzet yazır ki, avqustun 8 -də İran, Rusiya və Azərbaycan prezidentlərinin görüşü nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru