Yaponlar dünyaca məşhur itin heykəlinə ev tikdilər - FOTO/VİDEO

14-11-2023, 13:26           
Yaponlar dünyaca məşhur itin heykəlinə ev tikdilər - FOTO/VİDEO
Yaponiyada dünyaca məşhur it Hatikonun 100 illik yubileyi şərəfinə maraqlı addım atılıb. Belə ki, Tokioda məşhur “ən sadiq dost” heykəlinin ətrafında otaq tikilib.

Konstruksiya yerli memar Nişin Tatsu tərəfindən hazırlanıb.


O da vurğulanır ki, tikili müvəqqətidir, bir gün üçün tikilib.

Hatikonun hekayəsi bütün dünyada məşhurdur. Belə ki, it sahibi Hidesaburo Uenonu hər gün vağzala kimi ötürür, o, işdən qayıdanda isə vağzalda qarşılayardı. Bir gün sahibi işdə qəfil ölür. İt bunu bilmir və növbəti doqquz il dəmiryol vağzalında sahibini gözləməyə davam edib.

1932-ci ildə onun haqqında qəzetdə məqalə dərc olunub. Bir neçə il sonra onun şərəfinə “Sadiq it Hatiko” adlı abidə ucaldılıb. Heyvan açılış mərasimində iştirak edib. 1935-ci ildə Hatiko Şibuya stansiyası yaxınlığında ölüb.
Onun haqqında “Hatikonun taleyi” (“Hachikō Monogatari”/1987) və “Hatiko, ən etibarlı dost” (“Hachi: A Dog's Tale”/2009) filmləri çəkilib.






Mənbə: “Sliva/İrkutsk” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru