Yaponiyada nazir müavini vergidən yayınma qalmaqalına görə istefa verib

14-11-2023, 12:18           
Yaponiyada nazir müavini vergidən yayınma qalmaqalına görə istefa verib
Yaponiya parlamentinin maliyyə nazirinin müavini Kenci Kandanın sistematik olaraq vergi ödəmədiyi üzə çıxıb. Bu səbəbdən də o, qalmaqalla istefa verib.

Məlumata görə, bu məsələ Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi hökumətin mövqeyinə zərbə vuracaq. Onun seçicilər arasında dəstəyi bu yaxınlarda artıq 30%-dən aşağı düşüb.

Qeyd edək ki, Kenci Kanda keçən həftə şəxsi şirkətinin ən azı dörd dəfə vergi ödənişində ciddi şəkildə geri qaldığını etiraf etmişdi. Bununla əlaqədar onun daşınmaz əmlakına, hətta həbs qoyulmuşdu.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru