“HƏMAS-ınız mübarək!”: Avstraliyada Milad bayramı üçün kreativ torba hazırlayan şirkət tənqid atəşinə tutuldu

15-11-2023, 13:14           
“HƏMAS-ınız mübarək!”: Avstraliyada Milad bayramı üçün kreativ torba hazırlayan şirkət tənqid atəşinə tutuldu
Avstraliyada Milad bayramı üçün hazırlanmış çantanın təcili olaraq satışdan çıxarılması tələb olunub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Vetçina satmaq üçün üzərində kreativ abreviatur yazılmış torba hazırlayan şirkət istehlakçılar tərəfindən tənqid atəşinə tutulub.

İstehlakçıların narazılığına səbəb torbanın üzərində “Happy Ham-mas!” (HƏMAS-ınız mübarək!) ifadəsinin yazılması olub.
Qeyd edək ki, söhbət ingilis dilində “ham” - “vetçina” və qısaldılmış “Christmas” - “Milad” sözlərindən gedir. Əslində müəllifin ideyası sadəcə tematik çantada vetçina satmaq olub.

Şirkət artıq üzr istəyib və həmçinin qeyd edib ki, məhsulu hazırlayarkən bütün nəticələrini açıq şəkildə nəzərdən keçirməyib.

Mənbə: “Vestiru24” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru