İran prezidenti HƏMAS-dan müharibə çağırışlarını dayandırmağı tələb edib

16-11-2023, 10:18           
İran prezidenti HƏMAS-dan müharibə çağırışlarını dayandırmağı tələb edib
İran prezidenti İbrahim Rəisi noyabrın əvvəlində HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşdə hərəkat nümayəndələrindən Tehrana və Livanın Hizbullah partiyasına ünvanlanan İsraillə münaqişəyə girmək üçün ictimai çağırışları dayandırmağı tələb edib.

Bu barədə "Reuters" Fələstin hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Tehran İsmayıl Haniyədən İran və Hizbullahı İsrailə qarşı tam güclə çıxmağa çağıran HƏMAS üzvlərini susdurmasını tələb edib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulması, 200-dən çox, o cümlədən uşaq, qadın və qocanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru