İsrailin müdafiə naziri ABŞ-li koordinatorla Qəzzada əməliyyatların gedişatını müzakirə edib

16-11-2023, 12:18           
İsrailin müdafiə naziri ABŞ-li koordinatorla Qəzzada əməliyyatların gedişatını müzakirə edib
“İsrailin müdafiə naziri Yoav Qalant və ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatın gedişi və Fələstin anklavında radikallar tərəfindən girov götürülənlərlə bağlı vəziyyəti müzakirə ediblər”.

Bu barədə İsrail Dövlətinin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qalant bu gün Təl-Əvivdəki Müdafiə Nazirliyi kompleksində Makqurkla görüşüb İrsail qoşunlarının Qəzzaya doğru irəliləməsi və HƏMAS-ın terror infrastrukturuna zərbələr endirməsi zamanı baş verən əməliyyatlar barədə ona məlumat verib. Onlar HƏMAS-ın şəhər mühitində möhkəmlənməsi və bir çox xəstəxana da daxil olmaqla, mülki qurumların istifadəsi fonunda həyata keçirilən əməliyyatların mürəkkəbliyini müzakirə ediblər.
Qalant girovların vəziyyəti barədə ətraflı danışıb, HƏMAS tərəfindən əsir saxlanılanların statusu, habelə onların evlərinə qaytarılması səyləri ilə bağlı kəşfiyyat məlumatları və təfərrüatı paylaşıb”, - deyə mətbuat xidməti əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru