Şimali Koreya yeni strateji əhəmiyyətli raket hazırlayır: İlk sınaq barədə açıqlama yaydı - FOTO

16-11-2023, 15:08           
Şimali Koreya yeni strateji əhəmiyyətli raket hazırlayır: İlk sınaq barədə açıqlama yaydı - FOTO
Şimali Koreya yeni tip bərk yanacaq mühərrikləri hazırlayıb.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilir ki, reaktiv mühərrik strateji əhəmiyyətli orta mənzilli ballistik raket üçün nəzərdə tutulub.

Məlumata görə birinci pillənin mühərrik noyabrın 11-də, ikinci pillədəki mühərrik isə noyabrın 14-də sınaqdan keçirilib. Hər iki sınağın çox qənaətbəxş nəticə verdiyi vurğulanıb.
O da qeyd edilib ki, sınaqlar yeni ortamənzilli ballistik raketin hazırlanmasını sürətləndirməyə zəmin yaradıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru