“Avropa Şurası Gürcüstana namizəd statusu verib - Ukrayna və Moldova ilə danışıqlara başlanılacaq

15-12-2023, 08:08           
“Avropa Şurası Gürcüstana namizəd statusu verib -
Avropa İttifaqı ölkələri Gürcüstana üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul ediblər.

“Report” xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişelin “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.

“Avropa Şurası Gürcüstana namizəd statusu verib. Aİ, həmçinin Bosniya və Herseqovina ilə danışıqlara həmin ölkə tərəfindən üzvlük meyarlarına tələb olunan uyğunluq səviyyəsinə nail olduqdan sonra başlayacaq, bunun üçün biz Avropa Komissiyasına mart ayında hesabat təqdim etməyi tapşırmışıq və bununla bağlı qərar qəbul ediləcək”-deyə, o qeyd edib.

Aİ ölkələri həmçinin Ukrayna və Moldovanın icmaya qəbulu ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru