Almaniyada HƏMAS-ın üç üzvü saxlanılıb

15-12-2023, 09:08           
Almaniyada HƏMAS-ın üç üzvü saxlanılıb
Berlində radikal HƏMAS hərəkatının 3 nümayəndəsi saxlanılıb.

Gununsesi.info-nun verdiyi məlumata görə, bu barədə Almaniya Federativ Respublikasının Federal Baş Prokurorluğu məlumat yayıb.

Saxlanılanlardan ikisinin Livan, digərinin isə Misir vətəndaşlığı var. Daha bir HƏMAS üzvü olduğu iddia edilən Rotterdamda saxlanılıb, onun Niderland vətəndaşlığı var.

Şübhəlilərdən biri HƏMAS-ın Livandakı rəhbərliyinin göstərişi əsasında silah almağa çalışıb. Silahlar Avropadakı yəhudi qurumlarına mümkün hücumlar üçün Berlinə çatdırılmalı idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru