Almaniyadakı səfirlik çevrilişə hazırlaşmaqda ittiham olunan rusiyalı qadınla bağlı bu məlunat yayıldı

15-12-2023, 12:34           
Almaniyadakı səfirlik çevrilişə hazırlaşmaqda ittiham olunan rusiyalı qadınla bağlı bu məlunat yayıldı
Rusiyanın Almaniyadakı səfirliyi Rusiya vətəndaşına qarşı irəli sürülən ittihamlardan xəbərdardır. O, Almaniyada dövlət çevrilişinə hazırlıqda ittiham olunur. Diplomatlar rus qadın və onun vəkili ilə daim əlaqə saxlayırlar.

32gun.az bildirir ki, bu barədə məlumatı RİA Novosti yayıb.

Almaniya Prokurorluğu Frankfurt məhkəməsində 27 nəfərin, o cümlədən rus qadının ittiham olunduğunu bildirib.
Federal Baş Prokurorluq Rusiya vətəndaşının da olduğu bir qrup şəxsə qarşı ittiham irəli sürüb. O, ötən ilin qışında saxlanılıb. Konsulluğun əməkdaşları qadına öz səlahiyyətləri çərçivəsində köməklik göstərirlər”, - Rusiya səfirliyindən bildirilib.
2022-ci ilin dekabrında məlum olub ki, Almaniyada hakimiyyəti zorakılıqla ələ keçirmək üçün sui-qəsddə iştirak etməkdə şübhəli bilinən 25 nəfər Almaniyada saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru