Ukrayna tezliklə Aİ-yə daxil ola bilməyəcək - Makron

16-12-2023, 11:44           
Ukrayna tezliklə Aİ-yə daxil ola bilməyəcək - Makron
Brüsselin qərarına baxmayaraq, Ukrayna hələ də Avropa İttifaqına (Aİ) daxil olmaqdan çox uzaqdır.

Bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

O, Aİ-nin qərarını hüquqidən daha çox siyasi adlandırıb.

“Biz Aİ-nin Ukrayna hesabına genişlənməsindən çox uzağıq. İstənilən halda, həll yolu nə olursa olsun, bu, daxili qaydalarda ciddi islahatlar tələb edəcək ki, bu da yalnız maliyyələşdirmənin artırılması ilə mümkündür”, - deyə Makron Aİ sammitindən sonra deyib.

Qeyd edək ki, Aİ sammiti dekabrın 14-15-də baş tutub. Sammitdə Ukrayna ilk üzvlük danışıqlarının başlamasına qərar verilib.

"Cebhe.info"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru