Kanada Fələstin dövlətinin tanınmasını dəstəklədi

16-12-2023, 08:59           
Kanada Fələstin dövlətinin tanınmasını dəstəklədi
Fələstinin İsraillə dinc yanaşı yaşamağa qadir bir dövlət kimi tanınması yekunda Fələstin və İsrail arasında münaqişənin həllinə gətirib çıxarmalıdır.
Bu barədə Kanadanın baş naziri Castin Trüdo deyib.
C.Trüdo qeyd edib ki, Kanada bu problemin iki dövlətli həllini dəstəkləməyə və təşviq etməyə davam edəcək.
O, israillilərin təhlükəsiz dövlətdə yaşamasının və fələstinlilərin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində öz dövlətlərində inkişaf edə bilmələrinin vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Kanadanın dünya miqyasında göstərdiyi səylər bu məqsədə çatmağa yönəlib. (Teleqraf)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru