Ermənistanda daimi əhali sayı azalır

16-12-2023, 17:08           
Ermənistanda daimi əhali sayı azalır
Ermənistanın 2022-ci il siyahıyaalınmasına əsasən, ölkənin daimi əhalisi 2 milyon 932 min 731 nəfərdir. Bunlardan 1 milyon 548 min 250-i qadın, 1 milyon 384 min 481-i kişidir.

Caliber.Az xəbər verir ki, Ermənistanın Dövlət Statistika Komitəsinin məlumatına görə, eyni dövrdə faktiki əhalinin sayı 2 milyon 869 min 438 nəfər təşkil edib.

Belə ki, əvvəlki siyahıyaalınma (2011) ilə müqayisədə həm faktiki, həm də daimi əhalinin göstəriciləri azalıb. Xüsusilə, 2011-ci ilin siyahıyaalınması ilə müqayisədə Ermənistan Respublikasında daimi əhalinin sayı təxminən 86 min 123 nəfər azalıb. 2011-ci ildə Ermənistanın daimi əhalisi 3 018 854 nəfər, 2001-ci ildə isə 3 213 011 nəfər olub.
2022-ci ildə İrəvanın əhalisi 1 milyon 86,7 min nəfər təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru