ABŞ husilərə cavab zərbəsi endirmək variantlarını nəzərdən keçirir

17-12-2023, 23:48           
ABŞ husilərə cavab zərbəsi endirmək variantlarını nəzərdən keçirir
Birləşmiş Ştatlar Yəmənin “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançılarına qarşı cavab tədbirləri variantlarını nəzərdən keçirir, çünki qrupun təkrar hücumları Qırmızı dəniz vasitəsilə beynəlxalq gəmiçiliyi pozur.

"Report"un məlumatına görə, adı açıqlanmayan iki ABŞ rəsmisi "Politico"ya bildirib ki, husilərin hücumlarına potensial cavabını dəstəkləmək üçün "USS Dwight D. Eisenhower" təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupu Ədən körfəzinə yerləşdirilib.

Rəsmilərdən biri də nəşrə bildirib ki, Yəməndə yerləşən qruplaşmaya zərbə endirmək üçün ABŞ hərbi komandanlığına seçimlər verilib.

Politico xəbər verir ki, Pentaqonun sözçüsü şərh verməkdən imtina edib.

Qeyd edək ki, Yəmən husiləri İsrailə gedən gəmilərin keçidinə mane olacaqlarını bəyan ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru