Nigeriya və Çin səmt qazından istifadəyə dair 1 milyard dollarlıq saziş imzalayıb

9-01-2024, 09:54           
Nigeriya və Çin səmt qazından istifadəyə dair 1 milyard dollarlıq saziş imzalayıb
Nigeriyanın “NIGUS International” şirkəti və Çinin “Zhongmin Xinjunlong” şirkəti səmt qazından istifadəni nəzərdə tutan 1 milyard dollarlıq saziş imzalayıb.

“Report” xəbər verir ki, bu barədə “Vanguard” portalı məlumat yayıb.

Nigeriya şirkətinin rəhbəri Malik Ado İbrahimin sözlərinə görə, Çin şirkəti ilə əməkdaşlıq ölkəsində məşəl qazının kommersiya istifadəsi və “yaşıl enerji”nin inkişafı üçün ən son texnologiyaları cəlb etməyə imkan verəcək.

Qazın sintetik dizel yanacağına və məişət ehtiyacları üçün maye qaza emal ediləcəyi güman edilir.

“Bu bərpa olunan enerji sahəsində ixtisaslaşan NIGUS-a Nigeriyada ekoloji cəhətdən təmiz iqtisadiyyatı inkişaf etdirməyə imkan verəcək. Hazırda Nigeriyada səmt qazının 90 faizi lazımsız yerə yandırılır”, - şirkətin rəhbəri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru