Şolts: Aİ Ukraynaya 50 milyard avro ayrılması ilə bağlı razılığa gələcək

9-01-2024, 12:08           
Şolts: Aİ Ukraynaya 50 milyard avro ayrılması ilə bağlı razılığa gələcək
Almaniya kansleri Olaf Şolts hesab edir ki, Avropa İttifaqı (Aİ) ölkələri fevralın 1-də keçiriləcək sammitdə Kiyevə dörd il müddətinə maliyyə yardımı göstərilməsi barədə razılığa gələ biləcəklər.
O, bu barədə Berlində Lüksemburqun baş naziri Lük Fridenlə danışıqlardan sonra bildirib.

"Mən əminəm ki, biz 27 üzv ölkənin hamısının müsbət qərarını əldə edə biləcəyik. Bunun üzərində çox intensiv işləyirik. Və bunun mümkün olması üçün çox səy göstəririk", - o deyib.

Qeyd edək ki, 2023-cü ilin dekabrında keçirilən sammitdə Aİ ölkələri dörd il ərzində Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı proqramını qəbul edə bilməyib. Bu vəsaitdən 33 milyard avronun kredit, 17 milyard avronun isə qrant şəklində ayrılması nəzərdə tutulurdu. Proqramı həyata keçirmək üçün Avropa Komissiyası (AK) tarixdə ilk dəfə olaraq Aİ ölkələrindən icma büdcəsinə əlavə töhfələr vermələrini xahiş edib.

AK prezidenti Ursula fon der Leyenin yanvarın 5-də elan edib ki, 27 Aİ ölkəsi fevralın 1-də keçiriləcək sammitdə 50 milyard avronun təsdiqi ilə bağlı razılığa gələ bilməsə, Brüssel Ukraynaya alternativ yardım layihəsi hazırlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru