Ekvadorda canlı yayımda teleaparıcılar girov götürüldülər - Azad etmə əməliyyatı başlayıb VİDEO

10-01-2024, 12:38           
Ekvadorda canlı yayımda teleaparıcılar girov götürüldülər -
Ekvadorun hüquq-mühafizə orqanları çərşənbə axşamı “TC Televisión” telekanalının studiyasında silahlılar tərəfindən ələ keçirilən girovların əksəriyyətini azad edib.

Bu barədə ölkə prezidenti administrasiyasının rəsmi nümayəndəsi Roberto İsurieta Kanova məlumat verib.

“İndi əldə etdiyimiz məlumata əsasən, işçilərin böyük əksəriyyəti artıq buraxılıblar. Hesabatları gözləyirik. Bizim birinci vəzifəmiz hələ də TV kanalın obyektlərində girovluqda olan əməkdaşların həyatını qorumaqdır”, - deyə o bildirib.

Ekvador hakimiyyəti hələ ki, azad edilən və saxlanılan girovların sayı barədə dəqiq məlumat verməyib.

Quldurların zərərsizləşdirilməsi əməliyyatı davam edir. Hücum edənlərdən bir neçəsi saxlanılıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru