Ekvadorda baha bir mafiya lideri həbsdən qaçdı

10-01-2024, 15:49           
Ekvadorda baha bir mafiya lideri həbsdən qaçdı
Ekvadordakı ikinci ən böyük cinayətkar qruplaşma hesab olunan “Los Lobos”un rəhbəri Fabrisio Kolon Piko da həbsdən qaçıb.

Bu barədə ölkənin Penitensiar Xidməti məlumat yayıb.

”Çimboraso həbsxanasında yanvarın 9-da dustaqlarla milli polis və həbsxana işçiləri arasında toqquşma baş verib. Bundan sonra Kolon Piko digər məhbuslarla birlikdə həbsxanadan qaçıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, aparılan əməliyyat zamanı qaçanların 12-si ələ keçib. Lakin Kolon Pikonu tapmaq mümkün olmayıb. Polis və ordu onun axtarışını davam etdirir.

Qeyd edək ki, bir neçə gün öncə Ekvadorun ən böyük cinayətkar qruplaşması olan “Los Çoneros”un rəhbəri “Fito” ləqəbli Adolfo M.V də həbsdən qaçmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru