Yaponiyadan cavab gəldi: Kim Çen Inı izləmək üçün raket buraxdı

12-01-2024, 11:59           
Yaponiyadan cavab gəldi:
Yaponiyanın "Mitsubishi Heavy Industries" şirkəti Şimali Koreyanın raket buraxılışlarını izləmək və məlumat toplamaq üçün nəzərdə tutulmuş "Optical 8" casus peyki ilə birlikdə H2-A raketini buraxıb.

Publika.az "Reuters"ə istinadən xəbər verir ki, bu, N2-A raketinin 48-ci buraxılışıdır. Növbəti buraxılış fevralın 15-nə planlaşdırılır.

Bundan əvvəl Şimali Koreyanın kəşfiyyat peykinin Ağ Evin və Pentaqonun şəkillərini çəkdiyi, Şimali Koreya lideri Kim Çen Inın isə artıq onları gördüyü bildirilmişdi. Pxenyanın məlumatına görə, casus peyk ABŞ və Cənubi Koreya hərbçilərinin hərəkətlərini izləmək üçün nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru