ABŞ İsrailə hərbi yardımı dayandırır?

16-03-2024, 11:18           
ABŞ İsrailə hərbi yardımı dayandırır?
ABŞ-nin İsrailə hərbi yardım tədarükləri yavaşlayıb.

Bu barədə ABC teleşirkətinə yüksəkrütbəli İsrail rəsmisindən məlumat daxil olub.

Onun sözlərinə görə, İsrail və HƏMAS arasında münaqişənin başlanğıcında ABŞ hərbi yardımı “çox tez” çatdırırdı, lakin zaman keçdikcə çatdırılmalar “olduqca yavaşlayıb”.

Mənbə qeyd edib ki, bu, İsrailin Qəzza zolağında HƏMAS-ı məhv etməyə cəhd etdiyi bir vaxtda gərginlik yaradır.

İsrail rəsmisi gecikmələrin səbəblərini açıqlamayıb, lakin bildirib ki, İsrail ABŞ-nin münaqişədən və Qəzza zolağına humanitar yardımın çatdırılmasında İsrail tərəfinin qeyri-kafi fəaliyyətindən məyus olmasından xəbərdardır.

İsrail Müdafiə Qüvvələri isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru