Bu gün Rusiyaya böyük hücum olacaq - Bəyanat

16-03-2024, 10:49           
Bu gün Rusiyaya böyük hücum olacaq - Bəyanat
Ukrayna tərəfində döyüşən rusiyalı könüllülər martın 16-da Belqorod və Kursk vilayətlərində Putinin qoşunlarına kütləvi hücumu davam etdirəcəklərinə söz veriblər.

Axar.az xəbər verir ki, bununla bağlı Rusiyanın Azadlığı Legionu bəyanat yayıb.

"Kursk və Belqorod vilayətləri ərazisində məhdud hərbi əməliyyatın keçirilməsi ilə əlaqədar olaraq biz bir daha sözügedən vilayətlərin sakinlərini bölgəni təcili tərk etməyə çağırırıq. Özünüzü və övladlarınızın həyatını xilas edin. Biz bunu görürük. Putinin qoşunları dinc əhalinin arasında gizlənir, ona görə də bizim vəzifəmiz yerli əhalinin maksimum təhlükəsizliyini təmin etməkdir”, - bəyanatda deyilib.

Həmçinin qeyd edilib ki, hücum 16 mart səhər saatlarında başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru