Niger ABŞ ilə hərbi müqaviləni ləğv etdi

17-03-2024, 09:58           
Niger ABŞ ilə hərbi müqaviləni ləğv etdi
Hakimiyyətdə olan Niger hərbçiləri ABŞ qoşunlarının Afrika ölkəsi ərazisində qalmasına imkan verən hərbi sazişi ləğv edib.

Qərarın səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, Niger ordusu iyulun sonunda milli televiziya vasitəsilə Prezident Məhəmməd Bazumun hakimiyyətdən uzaqlaşdırıldığını elan edib. Ölkədə hakimiyyəti ələ alan prezident qvardiyasının komandiri, general Abdurahman Tçianinin başçılıq etdiyi hərbçilər Fransa ilə də hərbi müqavilələrin denonsasiya edildiyini açıqlayıblar.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru