Tramp: “Seçkidə qalib gəlməsəm, ABŞ qan gölünə çevriləcək”

18-03-2024, 00:01           
Tramp: “Seçkidə qalib gəlməsəm, ABŞ qan gölünə çevriləcək”
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ohayo ştatında keçirilən mitinqdə deyib ki, qarşıdan gələn prezident seçkilərində uduzsa, ölkə “qan gölünə” düşəcək.
Qaynarinfo xəbər verir ki, onun sözlərini “The New York Times”ın müxbiri Maykl Qold X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
“Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək. Bu, baş verəcək ən kiçik hadisədir”, deyə Tramp xəbərdarlıq edib.
Tramp xatırladıb ki, o, əvvəllər 2016-cı il ABŞ prezident seçkisini ən vacib səsvermə adlandırıb, lakin əhəmiyyətinə görə 2024-cü il seçkisi onu üstələyir.
“Biz tənəzzüldəyik. Amma biz hər şeyi dəyişəcəyik. Biz ABŞ-ni yenidən böyük ölkəyə çevirəcəyik”, deyə sabiq prezident bildirib.
Tramp həmçinin qeyd edib ki, sekçiyə 7 ay qalmış Ağ Evin hazırkı rəhbəri Co Baydenin ölkəyə zərər vurmağa kifayət qədər vaxtı var.
Trampın sözlərinə görə, Bayden administrasiyasının hərəkətləri ABŞ iqtisadiyyatını məhv edib və miqrant axınına və inflyasiyanın artmasına səbəb olub. ABŞ-ın keçmiş prezidenti bütün fəlakətləri aradan qaldırmağın ən asan yolunun onun Ağ Evə qayıtması olduğunu bildirib.
“Biz bunun öhdəsindən gələcəyik”, deyə Tramp qeyd edib.
Keçmiş prezident seçkidə qələbəsinə əmin olduğunu bildirib və Baydenin rüsvayçılıqla vəzifəsini tərk etməli olacağını vurğulayıb.
“Co, işdən çıxarılmısan. Get burdan! Dəhşətli işlər gördün!”, deyə Tramp əlavə edib.
O, həmçinin Baydeni Amerika demokratiyası üçün təhlükə adlandıraraq, öz səriştəsizliyi ilə daim ölkəyə zərər verdiyini qeyd edib. Tramp buna misal olaraq Meksika ilə sərhəddə həll olunmamış miqrasiya böhranını və ABŞ-da inflyasiyanın yüksəlməsini göstərib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.