Aİ Ukraynaya hərbi yardım fondunu artırır: Milyardlarla dollar ayrılacaq

19-03-2024, 13:04           
Aİ Ukraynaya hərbi yardım fondunu artırır:
“Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardım göstərilməsi üçün ayrılacaq məbləği beş milyard avro artırmaq qərarına gəlib, lakin Macarıstan buna görə məsuliyyət daşımır və bu məqsədlər üçün vəsait ayırmayacaq”.

Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirib.

O qeyd edib ki, döyüş ruhu qüvvədə qalıb və iclas iştirakçıları Avropa Sülh Fondunun beş milyard avro artırılması barədə yekun qərar qəbul ediblər.

“Bu vəsaitdən Ukraynaya yardım üçün istifadə ediləcək”, - deyə Siyarto əlavə edib.

Onun sözlərinə görə, Macarıstan qərarın qəbuluna bitərəf qalıb və fondla bağlı hər hansı siyasi və ya maliyyə öhdəlik daşımayacaq.

“Bu o deməkdir ki, biz tələb olunan 50 milyon avronu ödəməli olacağıq, lakin bununla nə etmək istədiyimizə özümüz qərar verəcəyik”, - deyə nazir bildirib.

O qeyd edib ki, Macarıstanın bu fonda verdiyi töhfə əsasən Qərbi Balkanlar regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəldilə bilər.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.