Çin hava taksilərinin satışına başlayıb - VİDEO

19-03-2024, 12:54           
Çin hava taksilərinin satışına başlayıb - VİDEO
Çinin “Ehang” şirkəti hava taksilərinin satışına başlayıb.

Taksinin “Taobao” marketpleysində qiyməti 2,39 milyon yuan təşkil edir ki, bu da hazırkı məzənnə ilə təxminən 330 min dollara bərabərdir.

Şaquli uçuş və eniş modeli olan hava taksisi iki sərnişin üçün nəzərdə tutulub. Pilotsuz avtomobil idarəetmə mərkəzi ilə əlaqədə olacaq ki, bu da fövqəladə vəziyyət halında müdaxilə edilməsinə imkan verəcək.

Hava taksisinin kreyser sürəti (bir kilometrə ən az yanacaq sərf edən hava, dəniz və ya çay gəmisi, avtomobil və ya digər nəqliyyat vasitəsinin sürəti; bu sürət sabit yanacaq üçün maksimum məsafə qət etməyə imkan verir - red.) saatda 100 kilometrdir. Maksimal faydalı yük əmsalı 220 kiloqram, maksimum hündürlük üç kilometr, uçuş məsafəsi 35 kilometr, davamlılıq müddəti isə 20 dəqiqədən bir qədər çoxdur.

Mənbə: “RİA Novosti” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru