Rusiya təsdiqlədi: - “Onları İrana yerləşdirmişik”
16-08-2016, 22:45
Rusiya Tu-22M3 və Su-34 bombardmançılarının İranda yerləşdirildiyini təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik təyyarələrin məhz buradan havalanaraq Suriyadakı İŞİD mövqelərinə zərbə endirdiyini bildirib.
Qeyd edək ki, bundan öncə Tvitterdə Rusiya bombardmançı təyyarələrinin İranın Həmədan şəhərində olması ilə bağlı görüntülər yayılmışdı.