İstanbulda fabrikdə güclü yanğın baş verib VİDEO

Dünən, 11:18           
İstanbulda fabrikdə güclü yanğın baş verib  VİDEO
İstanbulun Çekmeköy rayonunda süngər fabrikində yanğın baş verib.

"TRT Haber" telekanalının verdiyi məlumata görə, fabrikdə hələ məlum olmayan səbəbdən başlayan yanğın sürətlə yayılıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən, polis və tibb işçiləri cəlb olunub.

Partlayışların da qeydə alındığı yanğın zavodun transformator sisteminə ziyan vurub. Yanğınla əlaqədar bəzi ətraf ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Yanğınsöndürənlər yanğını nəzarət altına almaq üçün səylərini davam etdirirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru