Rusiyalı siyasi mühacir İsveçdə oğurlandığını deyir

29-08-2016, 08:27           

İsveçdə siyasi mühacir kimi yaşayan rusiyalı fəal Filipp Galtsov avqustun ortalarında oğurlanıbmış.

Bu barədə rusiyalı fəal “OBD-İnfo” nəşrinə özü məlumat verib.

Galtsov avqustun 10-da izləndiyini hiss edib. Onun sözlərinə görə, 4 gün sonra naməlum şəxslər onu maşına basaraq oğurlayıblar və o, huşunu itirib. Növbəti gün özünü Stokholm ətrafındakı xəstəxanada görüb. Həkimlər onun bədənində iynə izi aşkar ediblər

Qaltsov İsveçrədə oxuyur, işləyr və könüllü kimi “Ordfront” yerli hüquq müdafiə təşkilatında çalışır. O, digər rus imiqrantlarla birlikdə Rusiyadakı siyasi məhbusların azadlığı uğrunda da mübarizə aparır(azadliq.org).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru