Putindən şok qərar, tank və raketlər Ukrayna sərhədində - FOTO

27-05-2015, 22:55           
Putindən şok qərar, tank və raketlər Ukrayna sərhədində - FOTO
Rusiya ordsunun ağır hərbi texnikası Donbasa girir

Rusiya Silahlı Qüvvələrinin tankları Ukrayna sərhədinə gətirilib.
Bu barədə "Reuters" xəbər agentliyi xəbər verir.
Bildirilir ki, Rusiya Ordusunun 9 tankı Rostov ərazisinə gətirilib. Rusiyanın ağır hərbi texnikasının növbəti kalonu Ukrayna ilə sərhəddə qeyd edilib.
9 Rusiya tankının olduğu eşalon Ukrayna ilə sərhəd Matveyev Kurqan şəhərinə gətirilib. Donbas ərazisinə yollanacaq Rusiya tankları və zirehli maşınları arasında “Uraqan” tipli raketlər də var.
Ukrayna sərhəd məntəqəsindən bildirilib ki, Rusiya tankları məntəqədən müşahidə edilir.
"Biz Rusiya tanklarının sərhədə necə gətirildiyini müşahidə etdik. Eşalonda tanklar, zirehli maşın və "Uraqan" var idi",-deyə ukraynalı sərhədçilərdən biri bildirib.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.