Oliqarx İsgəndər Xəlilovun bankı çöküş ərəfəsində - Müşahidə Şurasının üzvləri azaldı
16-09-2016, 10:10
"Nikoil Bank" QSC-nin Müşahidə Şurasında dəyişikliklər olub. Şuranın üzvlərinin sayı 7-dən 5-ə endirilib. Bundan başqa, Şuraya yeni təyinatlar da var. Beləliklə, İldar Muslimov, Sergey Mitirev və İvan Romanovskiy bankdakı fəaliyyətinə son qoyublar.
Müşahidə Şurasının yeni üzvü Roman Novikovdur. Qeyd edək ki, Müşahidə Şurasının sədri İsgəndər Xəlilovdur. Marina Kuleşova, Aleksey Sazonov, Pavel Suxoruçkin Şuraya üzv olaraq fəaliyyətini davam etdirirlər. Qeyd edək ki, İldar Muslimov "Uralsib" korporasiyasının İdarə Heyətinin sədridir. Sergey Miterev isə "Uralsib"in baş direktorunun müşaviridir. İvan Romanovskiy isə "LukOil" ASC-nin prezidenti Vahid Ələkbərovun köməkçisidir/apa/.
Onu da qeyd edək ki, Gundeminfo.az-ın bir qədər əvvəl Bakıda süni şəkildə dollar satışında ajiotaj yaradan banklar arasında Nikoyl Bankın da olmasına dlair məlumatından sonra bankın 4 filalı bağlanmışdı. Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə bankın 4 filalının lisenziyası kassada xarici valyuta olmasına baxmayaraq satışı dayandırması faktı səbəb olmuşdu.
Onu da əlavə edək ki, bankın Müşahidə Şurasının sədri İsgəndər Xəlilov məşhur oliqarxdır.