ABŞ Gürcüstanın 64 vətəndaşına qarşı sanksiyalar tətbiq edib

17-09-2024, 10:53           
ABŞ Gürcüstanın 64 vətəndaşına qarşı sanksiyalar tətbiq edib
Birləşmiş Ştatlar Gürcüstanda demokratiya və insan haqlarının pozulması ittihamı ilə 64 nəfər və dövlət nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

"Onların arasında gürcü xalqının əsas azadlıqlarını məhdudlaşdırmaq üçün öz səlahiyyətlərindən sui-istifadə edən yüksək vəzifəli dövlət və bələdiyyə məmurları, korrupsiyaya bulaşmış biznesmenlər və parlament üzvləri var", - deyə açıqlamada bildirilir.

Dövlət Departamenti əlavə edib ki, Vaşinqton Tbilisinin antidemokratik hərəkətlərindən narahatdır və yeni məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirməyə davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru