Fransa parlamentində qalmaqal: Baş nazirə etimad etmədilər

5-10-2024, 10:44           
Fransa parlamentində qalmaqal: Baş nazirə etimad etmədilər
Fransa parlamentində solçu deputatlardan ibarət blok ("Yeni Xalq Cəbhəsi") ölkənin yeni baş naziri Mişel Barnierə etimadsızlıq səsverməsi irəli sürüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Qanunvericilər tərəfindən imzalanmış sənəddə "Bu hökumətin öz tərkibinə və istiqamətinə görə mövcudluğu son qanunvericilik seçkilərinin nəticələrinin inkarıdır" deyə bildirilir.

Etimadsızlıq səsverməsini 192 solçu deputat irəli sürüb. Sosialistlərin lideri Olivye For sənədi parlamentin 8 oktyabrda keçiriləcək iclasına təqdim edəcək.

Marin Le Penin rəhbərlik etdiyi sağçı "Milli Birlik" partiyası bu etimadsızlıq səsverməsini dəstəkləməyəcək, buna görə onun qəbul edilmə ehtimalı azdır. Etimadsızlığın qəbul edilməsi üçün parlamentdə səs çoxluğu lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru