Ukraynada səfərbərlik gücləndirildi

23-11-2024, 11:38           
Ukraynada səfərbərlik gücləndirildi
Ukraynanın Xarkov vilayətinin hakimiyyət orqanları müdafiə qabiliyyətinin artırılması çərçivəsində regionda səfərbərlik fəaliyyətini gücləndirmək istəyir.
Bakupost.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.
“Bölgə Müdafiə Şurasının bugünkü iclasında biz baş verən prosesləri və Xarkov vilayətinin müdafiə qabiliyyətinin gücləndirilməsini müzakirə etdik. Ərazi çağırış məntəqələri rəhbərlərinin məruzəsini dinlədik. Səfərbərlik fəaliyyətinin səmərəliliyini artırmaq üçün çalışırıq”, - deyə o, bildirib.
Qeyd edək ki, 2022-ci il fevralın 24-də Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik elan edilib və 18-60 yaş arası kişilərin xaricə getməsinə qadağa qoyulub. Əvvəlcə 27 yaşdan yuxarı gənclər səfərbərliyə cəb edilib. 2 aprel 2024-cü ildə yaş həddi 25-ə endirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru