Avrozonada işsizlik səviyyəsi sabit qalıb

Dünən, 16:34           
Avrozonada işsizlik səviyyəsi sabit qalıb
Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avro Bölgəsinin oktyabr ayı işsizlik göstəricilərini dərc edib.

Aİ-də sentyabr ayında yüzdə 5,9 olan mövsümi təsirlərdən təmizlənmiş işsizlik nisbəti oktyabr ayında dəyişməz qaldı.

Avrozonada sentyabr ayında yüzdə 6,3 olan işsizlik səviyyəsi oktyabr ayında da eyni səviyyədə qalıb. Keçən ilin eyni dövründə işsizlik səviyyəsi Avro Bölgəsində yüzdə 6,6, Aİ-də isə yüzdə 6,1 olaraq təyin olundu.

Oktyabr ayında işsizlik səviyyəsi İspaniyada 11,2 faiz, Yunanıstanda 9,8 faiz, İsveç və Finlandiyada 8,5 faiz təşkil edib. Oktyabrda AB-də işsizlərin sayı 12 milyon 971 min olaraq hesablanarkən, bu insanların 10 milyon 841 mini Avro Bölgəsində olub.

Oktyabr ayında 25 yaşdan kiçik işsiz gənclərin sayı Aİ-də 2 milyon 995 min, Avro Bölgəsində isə 2 milyon 427 min olaraq təyin olundu. Gənclər arasında işsizliyin səviyyəsi Aİ-də 15,2 faiz, Avrozonada isə 15 faiz olaraq ölçüldü.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.