Putin rejiminə etiraz - İsveç xalqı küçələrə sələdi

12-10-2016, 18:56           

Avropa Birliyi ölkələri Rusiyaya qarşı Suriyadakı situasiya ucbatından sanksiyalar tətbiq etmək haqqında düşünməlidir.

Axar.az xəbər verir ki, bunu “Şpiqel” jurnalına müsahibəsində İsveçin Xarici İşlər naziri Marqot Valstryom söyləyib. Onun sözlərinə görə, Rusiyanın Suriyadakı fəaliyyətinə son qoyulmalıdır:

“Rusiyanın Suriyadakı addımları qəbuledilməzdir. Mülki vətəndaşlara qarşı endirilən aviazərbələrə son verilməlidir. Biz gərək hərbi cinayətə qarşı çıxaq. İnsanlar artıq dünyada yaranmış vəziyyətin daha da pisləşəcəyindən qorxub etiraza belə çıxmırlar. Situasiya o qədər gərgindir ki, Üçüncü Dünya müharibəsi qorxusu getdikcə fəallaşır. Bu bizim dünya liderlərindən birinin hərbi cinayətlər törətməsini tanımağımıza maneə yaradır. Mən Suriyada baş verənlərin əleyhinə çıxış edən hər kəsi küçələrə səsləyirəm”.

Qeyd edək ki, Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson da parlamentdə çıxışı zamanı xalqı Rusiya səfirliyi önündə aksiya keçirməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru