Milyarder Pentaqonun birinci müavini oldu

15-03-2025, 12:48           
Milyarder Pentaqonun birinci müavini oldu
ABŞ Konqresinin yuxarı palatası sərmayəçi-milyarder Stiven Faynberqi müdafiə nazirinin birinci müavini vəzifəsinə təyinatını təsdiq edib.

Bu barədə TASS məlumat yayıb.

Onun namizədliyinin lehinə 59 senator, əleyhinə isə 40 senator səs verib.

Senatda təsdiqləmə dinləmələri zamanı o, vəzifəyə təyin olunarsa, lazımsız hərbi xərcləri aradan qaldıracağını və həmin vəsaitləri innovativ proqramlara yatıracağını bildirib.

Bundan əlavə, Faynberq ABŞ-nin Avropa Komandanlığının kontingentinin ölçüsünü və imkanlarını yenidən qiymətləndirəcəyini vəd edib.

Xatırladaq ki, 64 yaşlı Stiven Faynberq 1992-ci ildə özəl investisiya şirkəti olan "Cerberus Capital Management"ın əsasını qoyub. "Forbes" jurnalı onun sərvətini 5 milyard dollar qiymətləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru