Avropa İttifaqı daha 11 Rusiya bankını İFLİC ETDİ

Bu gün, 09:24           
Avropa İttifaqı daha 11 Rusiya bankını İFLİC ETDİ
Avropa İttifaqının (Aİ) yeni 16-cı sanksiyalar paketi çərçivəsində daha 11 Rusiya bankı və iki bank olmayan kredit təşkilatı üçün SWIFT-ə giriş qadağası martın 17-dən qüvvəyə minir.

Bu barədə "RİA Novosti" məluçat yayıb.

SWIFT-dən ayrılacaq bankların siyahısına "Ak Bars", "Uralsib Bank", "Bank Tochka", "Milli Ehtiyat Bankı", "Roseximbank" , "Bank Sinara" və başqaları daxildir.

“Bank Tochka”nın mənbəyə verdiyi məlumata görə, SWIFT ilə əlaqənin kəsilməsi bankın fəaliyyətinə təsir etməyəcək.

Bu yaxınlarda Aİ-nin xarici siyasət rəhbəri Anitta Hipper bildirmişdi ki, Aİ ölkələri Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etməyiblər.

Martın 13-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı bəyan edib ki, Rusiyaya qarşı bütün sanksiya məhdudiyyətləri qanunsuzdur və ləğv edilməlidir. Eyni zamanda, Kreml nümayəndəsi Rusiyanın “sanksiyalara mükəmməl uyğunlaşdığını” vurğulayıb.

Publika.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.