Ukrayna "məxfi", hərbi sənaye dövlətinə çevrilir!

Bu gün, 15:53           
Ukrayna "məxfi", hərbi sənaye dövlətinə çevrilir!
Belə analiz edib baxanda, Ukraynaya bu dövrdə müharibənin davam etməsi artıq, elə də xüsusi qorxu, risk yaratmır. Həmin çətin dövrü keçiblər. Ukrayna bir ölkə və bir xalq kimi artıq, müharibə reallığı, şəraitinə alışıb, mübarizliyi bərkiyib. Və ordusunun döyüş təcrübəsi, silah istehsalı artır.
Ukraynanın, arxa cəbhədə "məxfi" silah itehsalı infrastrukturu sürətlə qurulur. Hətta, Avropadan, ABŞ-dan, bir sıra orta gücdə silahların alınması ehtiyacı arxada qalmaqdadır. Artıq, cəbhə üçün silahların 40%-i Ukraynada hazırlanır. 6 ay əvvəl bu 30%-idi, artıma baxın! Özünü-təchiz yüksəlir.
Avropa da buna çox diqqət, həm dəstək verir ki, Uraynada müasir silah istehsal infrastrukturları kifayət dərəcədə yaranıb, işə düşsün. Və bu ilin sonuna, Ukraynada cəbhə üçün əksər silahların istehsalı səviyyəsinə çatma nəzərdə tutulur. Və hətta, uzaqmənzilli ballistik raketlərin istehsalı.
Ukraynada artıq: "Bizə silah verin!" şüarını "Biz silahımızı özümüz düzəldək!" şüarilə əvəzləmə tendensiyası gedir. Bu gedişatla Ukrayna güclü silah sənayesi dövlətinə çevrilə bilər, az vaxtda Rusiya "hərbi maşını" ilə baş-başa dayanmaqla. Məhz bu güc amili də Rusiyanı sülhə sövq edər.
Ilqar Altay
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.