Çindən Rusiyaya kartof ixracı 25 dəfə artdı
Bu gün, 10:34

Bu ilin birinci rübündə Çindən Rusiyaya kartof tədarükü pul ifadəsində 25 dəfə artaraq, 11 milyon dollara yaxınlaşıb.
Referans xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi Çin Dövlət Gömrük İdarəsinin (SAC) məlumatlarına istinadla məlumat yayıb.
Əgər ötən il Çin kartofunun Rusiyaya ixracının əsas hissəsi mart ayında həyata keçirilmişdisə, bu il təkcə yanvar-fevral aylarında təxminən 5 milyon dollar dəyərində kartof göndərilib. Beləliklə, ixracın böyük hissəsi ilin əvvəlində gerçəkləşib.
Rusiyada isə kartof istehsalı ötən il 12 faiz azalaraq, 17,83 milyon tona düşüb. Təklifin azalması fonunda bu əsas ərzaq məhsulunun qiymətləri 2024-cü il ərzində sürətlə artıb və 2025-ci ilin əvvəlindən etibarən kartof 45,2 faiz bahalaşıb.
Qiymət artımının qarşısını almaq məqsədilə yanvarın 1-dən iyulun 31-dək 150 min ton kartofun idxalı üçün rüsumsuz kvota tətbiq edilib.
Lakin aprelin 25-nə olan məlumata görə, kvotanın cəmi 20 min tonundan istifadə edilib, 130 min ton isə hələ də istifadəsiz qalır./teleqraf