Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib

29-04-2025, 08:24           
Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib
Madrid meri Xose Luis Martinez Almeyda elektrik enerjisinin kəsilməsi nəticəsində yaranan fövqəladə vəziyyətin aradan qaldırılması üçün hərbçilərin şəhərə göndərilməsini xahiş edib.

Demokrat.az xəbər verir ki, bu barədə El Mundo qəzeti yazır.

Nəşrin məlumatına görə, İspaniya paytaxtının şəhər şurası axşam saatlarına qədər elektrik enerjisi bərpa olunmasa, vəziyyət daha da pisləşə biləcək təhlükəsizlik vəziyyətindən narahatdır.

Xəbərdə deyilir ki, merə yaxın mənbələrin bildirdiyinə görə, o, bölgə rəhbəri İzabel Diaz Ayusonun Madridə ordu yeritmək xahişinə qoşulub.

İspaniya hökuməti ölkə daxilində geniş yayılmış elektrik kəsintiləri fonunda Red Ectrica-nın baş qərargahında toplaşan antiböhran komitəsi yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru