Çin Ukrayna və Rusiyanı münaqişənin əsas səbəblərini aradan qaldırmağa çağırıb - “İnterfaks-Ukrayna”

29-04-2025, 17:49           
Çin Ukrayna və Rusiyanı münaqişənin əsas səbəblərini aradan qaldırmağa çağırıb - “İnterfaks-Ukrayna”
Çin Ukrayna və Rusiya arasında sülh danışıqlarının aparılmasını dəstəkləyir və ədalətli razılaşmanın əldə olunmasına ümid edir.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər naziri Van İ bildirib.

"Biz obyektiv və qərəzsiz mövqeyimizi qoruyacaq, fikir ayrılıqlarının dialoq və danışıqlar yolu ilə həll edilməsində israr edəcəyik. Bundan başqa, BMT agentliklərinə öz vəzifələrini yerinə yetirməkdə dəstək göstərəcək və siyasi həll üçün şərait yaradacağıq. Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyən Çin ümid edir ki, tərəflər münaqişənin əsas səbəblərini aradan qaldırmağa və mümkün qədər tez bir zamanda ədalətli və davamlı sülh sazişinə nail olacaqlar", - o, Rio-de-Janeyroda BRICS ölkələrinin xarici işlər nazirlərinin görüşündə qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru