İranda “İnqilab Komitəsi” yaradıldı: “Rejimi devirəcəyik”

2-05-2025, 12:12           
İranda “İnqilab Komitəsi” yaradıldı: “Rejimi devirəcəyik”
İranda daxili siyasi proseslərin yeni mərhələsi başlaya bilər.

Tribunainfo.az xəbər verir ki, dünən bir qrup fəal və təşkilatın imzaladığı bəyanat bunu deməyə əsas verir.

Belə ki, 30-dan çox təşkilat və bir o qədər də siyasi fəal bir araya gələrək, bəyanat yayıblar. Həmin sənəddə deyilir ki, ölkədəki müxalif qüvvələr bir araya gələrək, vahid cəbhə yaradacaqlar. “Biz vahid cəbhə yaratmaqla İslam Respublikasını devirməliyik”.

Onlar hamını etiraz aksiyalarına çağırıblar. “Hakimiyyət bizim əlimizdədir və yalnız inqilabi təşkilatlanma və ümummilli etirazlar və tətillər bu repressiya maşınını sındıra bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru