Sərxoş azərbaycanlı rus polisini belə “sürüdü” – VİDEO

4-06-2015, 23:55           

Bir neçə dəqiqə ərzində yol hərəkət qaydaları 11 dəfə pozuldu
Samara vilayətinin polisi (Rusiya) bu gecə gərgin işləməli olub, iş atışmaya qədər gedib çatıb.
Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yol Patrul xidmətinin bir neçə maşını sərxoş Azərbaycan vətəndaşını təqib etməli olub.
Diqqəti çəkən isə yolda ləngər vuran koreya avtomobili olub. Polisin saxlama barədə əmrinə məhəl qoymayan sürücü sürəti artırıb.
Bir neçə kilometr sonra Avrora küçəsində o, anidən dayanıb, avtomobilə DAM (Dövlət Avtomobil Müfəttişliyi) əməkdaşı yaxınlaşarkən isə, o yenidən qaza basaraq polisi bir neçə metr sürüyüb.
Bundan sonra yol nəqliyyat qaydalarını pozan sürücünün avtomobilinə atəş açılıb.
Araşdırmalardan sonra, polislər həmvətənimizin bir neçə dəqiqə ərzində yol nəqliyyat qaydalarını 11 dəfə pozduğunu müəyyən ediblər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.