Avropanın xristian xalqları niyə bir-birlərini öldürürlər? - Orban

Bu gün, 12:24           
Avropanın xristian xalqları niyə bir-birlərini öldürürlər? - Orban
Maraqlıdır, biz qitənin o tayından bizə tamamilə yad İslam mədəniyyətindən olan milyonlarla miqrantı ölkəmizə buraxdığımız halda, Rusiya-Ukrayna müharibəsinin ön cəbhəsində xristian Avropa xalqlarının bir-birini öldürməsinin nə mənası var?

Bakupost.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban danışıb.

"Niyə bu, Avropa üçün yaxşıdır? Bunun mənasını kimsə mənə izah edə bilərmi? Bu, nəinki utancvericidir, həm də tamamilə anormaldır. Avropalı siyasətçilər real tarixi çağırışları inkar edirlər. Ola bilsin ki, Ukrayna münaqişəsi indi çoxları üçün vacib görünür, lakin bu, bizim uşaqlarımızın və nəvələrimizin gələcəyini müəyyən etməyəcək. Onların gələcəyi tamamilə fərqli bir sualdan asılı olacaq. Bizim sivilizasiya hansı istiqamətdə inkişaf edəcək - xristian, yoxsa İslam?" - Macarıstanın baş naziri qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru