Almaniya elan etdi: Ukrayna üçün 2 deyil, 5 "Patriot"...

Bu gün, 10:24           
Almaniya elan etdi: Ukrayna üçün 2 deyil, 5 "Patriot"...
Almaniya Ukraynaya mümkün qədər tez beş “Patriot” sistemi verəcək.

Axar.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun “Ramştayn” formatında keçirilən iclasında deyib.

O əlavə edib ki, sistemlərin təhvil verilməsi planı yaxın günlərdə müəyyənləşəcək:

“Almaniya əlavə hava hücumundan müdafiə sistemləri və lazımi sursat təmin edəcək. Bundan əlavə, keçən həftə Vaşinqtona səfərim zamanı mən Heqsetlə razılaşdım ki, Almaniya təcili ehtiyac duyulan beş “Patriot” sistemini ən qısa zamanda təmin etməyə qoşulacaq”.

Qeyd edək ki, bundan öncə "Bloomberg" Almaniyanın ABŞ-dən Ukrayna üçün təcili olaraq 2 "Patriot" sistemi alacağını yazmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru