Polşada ölkənin ən iri yeni neft və təbii qaz yatağı kəşf edilib.

Bu gün, 08:10           
Polşada ölkənin ən iri yeni neft və təbii qaz yatağı kəşf edilib.
Polşanın şimal-qərbində yeni neft və təbii qaz yatağı kəşf edilib.

TEREF TVP 3-ə istinadən xəbər verir ki, "Central European Petroleum" şirkəti tərəfindən ölkənin ən böyük, Avropanın isə ən böyük yataqlarından biri elan olunub.

Yataq Baltik dənizi sahilində, Şeçin şəhəri yaxınlığında yerləşir. Ehtiyatların 22 milyon ton neft və 5 milyard kubmetr kommersiya keyfiyyətli qaz olduğu ehtimal edilir. Ümumi neft ehtiyatları 33 milyard ton, qaz ehtiyatları isə 27 milyard kubmetr olaraq qiymətləndirilir.

Qeyd edək ki, Polşanın neft yataqlarının əksəriyyəti ölkənin qərb hissəsində yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru