Abbas Əraqçı: "Uranın zənginləşdirilməsi prosesi dayandırılıb"

Bu gün, 10:29           
Abbas Əraqçı: "Uranın zənginləşdirilməsi prosesi dayandırılıb"
ABŞ-ınin nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra İranda uranın zənginləşdirilməsi hələ həyata keçirilməyib. Lakin Tehran bu prosesdən imtina etmək niyyətində deyil.

Bunu "Fox News" telekanalına müsahibəsində İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı bildirib.

"Hazırda ciddi ziyan dəydiyinə görə zənginləşdirmə prosesi dayandırılıb. Bununla belə, biz bu fəaliyyətdən əl çəkmək niyyətində deyilik. Çünki bu, bizim alimlərimizin nailiyyətidir. Üstəlik, indi bu məsələ milli qürur məsələsinə çevrilib", - deyə o vurğulayıb.

Nazir əlavə edib ki, İranın Atom Enerjisi Təşkilatı hazırda nüvə obyektlərinə dəyən ziyanın miqyasını və zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyətini qiymətləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru