İsveçrə yeni döyüşlərə hazırlaşır? - 8000 bunker yenilənir

Bu gün, 09:47           
İsveçrə yeni döyüşlərə hazırlaşır? -
İsveçrə ordusu köhnə bunkerləri müasir müdafiə mərkəzlərinə çevirmək istəyir

"Euronews" xəbər verir ki, İsveçrə ordusu texnologiya şirkətlərinə, tədqiqatçılara və startaplara müraciət edərək müharibə dövrünə aid bunkerlərin müasir müdafiə mərkəzlərinə çevrilməsi prosesində iştirak etməyə çağırıb.

Məlumata görə, söhbət 1886-cı ildən etibarən inşa edilən və bu günədək ölkə ərazisində mövcud olan müdafiə məntəqələrindən gedir.

Qeyd olunur ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra İsveçrə ordusu ölkə daxilində yerləşən təxminən 8 min bunkerin təhlükəsizlik baxımından rolunu və onların daha səmərəli şəkildə necə yenilənə biləcəyini yenidən qiymətləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru